3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Ən çox penalti təyin olunan ölkələr

İsveçrənin “CIES Football Observatory” şirkəti ən çox penalti təyin olunan ölkə çempionatları ilə bağlı araşdırma aparıb.

Futbolxeber.az saytının məlumatına görə, 75 ölkə arasında aparılan araşdırmaya əsasən, ən çox penalti Misir çempionatında təyin olunur - hər 172 dəqiqəyə 1 penalti. Ümumilikdə isə dünyada hakimlər 271 dəqiqədən bir penalti təyin edirlər.

İkinci yerdə Səudiyyə Ərəbistanı çempionatı qərarlaşıb. Bu liqada 178 dəqiqədən bir hakimlər nöqtəni göstərir. Penalti sayına görə sıralamada üçüncü yeri Rusiya Premyer Liqası tutur (187 dəqiqədən bir). Dördüncü yerdə Mərakeş, beşinci yerdə isə BƏƏ çempionatı qərarlaşıb.

“Böyük beşlik” ölkələri arasında ən yüksək göstərici İataliya çempionatındadı. A seriyasında hakimlər hər 235 dəqiqədən bir penalti təyin edirlər. Bu, dünyada 19-cu göstəricidi.

Qeyd edək ki, ümumilikdə təyin olunan penaltilərin 77,1 faizi qola çevrilir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31