3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Sabiq “Mançester Yunayted”li de Xeanın qalmasının tərəfdarıdı

“Mançester Yunayted”in sabiq müdafiəçisi Pol Parker komandanın qapıçısı David de Xea barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçu sabiq klubunu ispan qapıçı ilə yeni müqavilə imzalamağa səsləyib:

“David de Xea yüksək səviyyəli qapıçıdı. Hazırda “Mançester Yunayted”in onu kimləsə əvəzləməsi üçün heç bir səbəb görmürəm. Əminliklə deyirəm ki, klub de Xea ilə müqaviləni yeniləməlidi. İspan qolkiper klubdakı çıxışını davam etdirməyə layiqdi. Ən azı qarşıdakı mövsümdə ona şans verilməlidi. Mənim üçün de Xea dünyanın ən yaxşı qapıçılarından biridi”.

Qeyd edək ki, 2011-ci ildə Mançester təmsilçisinin şərəfini qoruyan 32 yaşlı qolkiperin müqaviləsi cari mövsümün sonunda başa çatır. 2022/23 mövsümündə ispan qapıçı forma geydiyi 45 matçdan 20-də qapısını toxunulmaz saxlayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31