3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Müller “Mançester Siti”ni keçə biləcəklərinə inanır

“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller ilk oyundakı məğlubiyyətə (0:3) baxmayaraq, Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”ni mübarizədən kənarlaşdıra biləcəklərinə inanır.

Futbolxeber.az saytının məlumatına görə, “Bayern & Germany”ə açıqlamasında alman futbolçu mərhələ adlamaq üçün sona kimi mübarizə aparacaqlarını bildirib:

“Biz inanırıq ki, hələ də şansımız var. Oyuna yaxşı başlamalıyıq. Erkən qol vursaq, yaxud heç olmasa fasiləyə 1:0 hesabı ilə üstün yollansaq, istəyimizə çata bilərik. 10-cu dəqiqədə 3:0 hesabı ilə öndə olmağımıza ehtiyac yoxdu. Hətta ikinci qolu lap 80-ci dəqiqədə vursaq belə, yenə də şansımız olacaq. Biz buna inanırıq”.

Xatırladaq ki, aprelin 19-da keçiriləcək “Bavariya” - “Mançester Siti” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31