2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Klopp “Tottenhem” üzərində qələbədən danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenhem” üzərində qazanılan 4:3 hesablı qələbədən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “Sky Sports”un efirində alman mütəxəssis komandasının ilk yarıda ideal futbol nümayiş etdirdiyini bildirib:

“İlk hissədə biz ən yaxşı oyunumuzu sərgilədik. Amma hissənin sonunda qapımızda qol gördük. Rəqibin fərqlənməsi zamanı müdafiədə diqqətsizliyə yol verdik. Qəribədir ki, hesabdan asılı olmayaraq, “Tottenhem” oyun tərzini dəyişmir. Hətta 1:3 hesabda geri olarkən belə, onlar arxaya çəkilib əks-hücumlara bel bağlayırdılar. Matçın sonunda hər şey korlanmışdı. Hətta qələbənin əlimizdən çıxdığını belə düşünürdüm. Amma Jotanın qolu sayəsində bizim üçün hər şey yaxşı qurtardı. 3 gündən sonra növbəti oyunumuz var. Daha yaxşı oynamalı və bugün müdafiədə buraxdığımız səhvlərə yol verməməliyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31