3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Rivaldo: “O, “Barselona”ya keçsə, Levandovskinin əvəzləyicisi olacaq”

Ötənlərin məşhur futbolçusu Rivaldo “Livepul”un hücumçusu Roberto Firminonun “Barselona”ya mümkün keçidi barədə danışıb.

Futbolxeber.az saytının “Goal”a istinadən verdiyi veteran futbolçu bildirib ki, 31 yaşlı forvard əsas heyətdə yer alacağı kluba getməlidi:

“İnanıram ki, digər braziliyalı futbolçular kimi, Firmino da “Barselona”da forma geymək arzusundadı. Amma ilk növbədə o, komandada hansı rolda olacağını dəqiqləşdirməlidi. Çünki Xavi adətən 1 hücumçu ilə oynayır. Həmin yeri isə Robert Levandovski tutur.  Böyük ehtimalla, Firmino ehtiyat oyunçu olacaq. Təbii ki, “Barselona”da oynamaq arzudu. Lakin Roberto əsas heyətdə çıxış edəcəyi kluba getməlidi”.

Qeyd edək ki, cari mövsümün sonunda Firmino 2015-ci ildən çıxış etdiyi “Liverpul”dan azad agent kimi ayrılacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31