2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

Ançelotti: “Barselona” ilə oyundan sonra çox yorğun idik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 28-ci turunda “Vilyarreal”dan alınan məğlubiyyəti (2:3) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasında yorğunluq olduğunu bildirib:

“Oyun çətin keçdi. Rəqib topla əla rəftar edirdi. Topu özümüzə çətinliklə qaytarırdıq. Hesabı 3:1 etmək üçün yaxşı şansımız var idi. Həmin epizodda fərqlənsəydik, qalan dəqiqələrdə tempi aşağı salıb, matçı qələbə ilə başa vuracağdıq. Təəssüf ki, bu, baş vermədi. Üstəlik, yaxşı müdafiə olunmurduq. Matçın çətin keçəcəyi əvvəldən məlum idi. Həm rəqib zəif deyil, həm də “Barselona” ilə oyundan sonra çox yorğun idik. İndi önümüzə baxmalıyıq. Çərşənbə günü bizi “Çelsi” ilə vacib matç gözləyir. Əminəm ki, həmin görüşdə komanda daha enerjili olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31