3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Mahir "Trabzonspor"la matçda əsas heyətdə olacaq"

"Konyaspor"un sağ cinah futbolçusu Mahir Emrelinin "Trabzonspor"la matçda start heyətdə meydana çıxa bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Konyada nəşr olunan "Hakimiyyet" qəzetində dərc olunan yazıda bildirilir.

Yazıda qeyd edilir ki, "Adana Demirspor"la matçda ilk qolunu vuran azərbaycanlı hücumçunun "Kasımpaşa" ilə görüşdə əsas heyətdə çıxış edəcəyi gözlənilirdi. "Amma baş məşqçi Aleksandar Stanoyeviç Dioufla oyun uyğunluğu üst-üstə düşən Muriçi start heyətdə meydana buraxdı. Həmin görüşdə Muriçin zədələnərək meydanı tərk etməsi səbəbindən Mahir oyuna daxil oldu. Sağ cinahda çıxış edən digər futbolçu Kondrad Mixalax 2 ay sonra təzədən heyətə qayıtmasına rəğmən Stanoyeviçin "Trabzonspor"la görüşdə daha hazırlıqlı olan Emreliyə şans verəcəyi gözlənilir" - deyə yazıda bildirilib.

Qeyd edək ki, aprelin 29-u keçiriləcək Türkiyə superliqasının 30-cu turunun "Konyaspor" - "Trabzonspor" görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31