3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Lempard: “Çelsi” qalib gəlməyi adətə çevirməlidi”

“Çelsi” İngiltərə Premyer Liqasının 30-cu turunda öz meydanında “Vulverhempton”a uduzub - 0:1.

Futbolxeber.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Frenk Lempard BBC-yə açıqlamasında yenilgini belə şərh edib:

“İlk hissədə biz maksimum 70 faiz gücümüzü ortaya qoyduq. Amma bu da oyunun bərabər səviyyədə keçməsi üçün kifayət idi. Bununla belə, heç nədən qapımızda qol gördük. İkinci hissədə biz daha fəal idik. Bir neçə qol şansımız olsa da, bütün bunlar yenilgidən xilas olmaq üçün kifayət etmədi. Düzdür, komandada ciddi dəyişikliklər olub. Amma bu, bizə bəraət qazandıra bilməz. Qalib gəlməyi öyrənmək və bunu ənənəyə çevirmək lazımdı. Bugünkü matçda rəqibin də haqqını vermək lazımdı. Onlar fiziki cəhətdən çox güclü idilər”.

Qeyd edək ki, bu, Lempardın komandaya baş məşqçi kimi qayıdışından sonra ilk oyunu idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31