2 May 2024, Cümə axşamı
Millimiz Belarusa məğlub oldu
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu

Xarici futbol

Kapitandan qələbə şərhi: “Everton”a nəfəs almağa imkan vermədik”

“Mançester Yunayted”in kapitanı Harri Maquayr İngiltərə Premyer Liqasının 30-cu turunda “Everton”u 2:0 hesabı ilə məğlub etdikləri görüşü şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, ingilis müdafiəçi komandasının əla çıxış etdiyini bildirib:

“Bu gün aqressiv oynadıq, 90 dəqiqə boyunca meydanda dayanmadıq. Demək olar ki, bütün matçı meydanın rəqibə aid olan hissəsində keçirdik, onlara göz açmağa imkan vermədik. Yeganə mənfi məqam cəmi 2 qol vurmağımızdı. Qarşıdakı oyunlarda əlimizə düşən fürsətləri daha çox dəyərləndirməliyik”.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 56-ya çatdıran “Mançester Yunayted” turnir cədvəlində üçüncü pilləyə yüksəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31