3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Braziliyalı istedadın atası “Barselona” rəhbərliyi ilə görüşdü

“Atletiko Paranaense”nin gənc hücumçusu Vitor Rokenin atası Jyuvenal Ferreyra “Barselona” rəhbərliyi ilə görüşüb.

Futbolxeber.az saytının “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Ferreyra Kataloniya klubunun nümayəndələrinə bildirib ki, oğlu “Barselona”ya keçmək üçün digər Avropa klublarının təklifini geri çevirib.

Daha əvvəl “Arsenal” Rokenin heyətinə qatmaq istəsə də, “yox” cavabı almışdı. “Atletiko Paranaense” isə Rokeni 40 milyon avrodan ucuz satmayacağını bəyan edib.

Qeyd edək ki, ötən il 17 yaşlı forvard 36 oyunda 7 qol vurub. Roke nəinki Braziliyanın, hətta Cənubi Amerikanın ən perspektivli gənclərindən hesab edilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31