3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

De Liqt komandasının oyununu tənqid etdi

“Bavariya”nın müdafiəçisi Matteys De Liqt komandasının Bundesliqanın 28-ci turunda “Hoffenhaym”a qarşı keçirdiyi oyunu tənqid edib.

Futbolxeber.az saytının məlumatına görə, niderlandlı müdafiəçi 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Bu oyundan sonra “Mançester Siti” ilə cavab matçında nəyə ümid etmək olar? Yəqin ki, bundan da pis oynamağımız mümkün deyil. İntensivlik nümayiş etdirmədik, enerji sərf etmədik. Bəxtimiz gətirdi ki, matç elə 1:1 yekunlaşdı. Düzdür, “Mançester Siti” ilə görüş fiziki və psixoloji cəhətdən bizi çox yordu. Amma bu, bizə haqq qazandırmır. Əgər sən “Bavariya”nın futbolçususansa, 3 gündən bir yaxşı oynamağa məcbursan. Ümid edirəm ki, “Mançester Siti” ilə cavab oyununda 100 faiz gücümüzü meydanda qoya biləcəyik”.

Xatırladaq ki, “Bavariya” və “Mançester Siti” arasında cavab oyunu aprelin 19-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31