3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Ndlovu: "Qarabağ"a qayıdıb 1-2 mövsüm oynamaq istəyərəm"

“Qarabağ”ın ürəyimdə xüsusi yeri var. Çünki əksər futbolçuların karyeraları boyu qazanmadıqlarını o klubda əldə etmişəm. "Qarabağ"ın Çempionlar Liqasının qrupunda iştirak edən ilk Azərbaycan klubu olmasını nəzərdə tuturam. Tarix yazmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu  “telecomasia.net”ə müsahibəsində deyib.

Hazırda Türkiyənin “Boluspor” klubunda çıxış edən cənubi afrikalı hücumçu yenidən Ağdam klubunda çıxış etmək istəyini gizlətməyib:

“Geri dönməyimə gəlincə, klub məni qaytarmaq üçün nə etməli olduğunu bilir. Əlbəttə ki, qayıdıb orada daha 1-2 mövsüm oynamaq istəyərəm. Amma ümidsiz bir addım istəmirəm. Hər iki tərəf buna ürəkdən inanmalıdır”.

Qeyd edək ki,  Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib və 36 oyuna 15 qol vurub. 33 yaşlı forvardın “Boluspor”la müqaviləsi  gələn ilin yayına qədərdir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31