3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Azərbaycan millisinin sabiq futbolçusu özünə inşaatda iş tapıb

Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk futboldan uzaq düşüb.

Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az-a 34 yaşlı milliləşən legionerin özü açıqlayıb.

Almaniya türkü bildirib ki, idmandan ayrıldıqdan sonra özünü yeni sahədə sınayır: “İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də”.

Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinmiş Uğur karyerasını bitirmək barədə düşünmür. O, yenidən yaşıl meydanlara dönmək arzusundadır: “Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.

Qeyd edək ki, Azərbaycan millisində cəmi 1 oyun keçirən Pamukun son klubu 2019/20 mövsümündə forma geyindiyi Almaniyanın aşağı liqa təmsilçisi “Hikret” olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31