28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

Keyn komandasını tənqid etdi

“Tottenhem”in hücumçusu Harri Keyn Çempionlar Liqası ilə vidalaşmalarına görə çox məyus olub.

Futbolxeber.az saytının məlumatına görə, ingilis hücumçu “Milan”la mübarizədən məğlub ayrılmaları səbəbindən komanda yoldaşlarını tənqid etməkdən belə çəkinməyib:  

“Biz titullar qazanmalıyıq. Bu, hər zaman komandanın məqsədi olub. Lakin indiki məqamda hədəfimiz İngiltərə Premyer Liqasında ilk dördlüyə düşməkdi. Bu isə istədiyimiz kimi çıxış etmədiyimizin göstəricisidi. Son həftə bizim üçün uğursuz alındı. Halbuki İngiltərə Kubokunun 1/8 finalına qədər hər şey fərqli alına bilərdi. Ötən həftəki məğlubiyyətdən sonra sanki ürəyimə xəncər batırılıb. Bütün komanda toparlanmalı və heç olmasa qarşıya qoyulan minimum hədəfə çatmalıyıq. Hər kəs bunun üçün əlindən gələni etməlidi”.

Qeyd edək ki, səfərdə “Milan”a 0:1 hesabı ilə uduzan “Tottenhem” öz meydanında rəqibi müqavimətini qıra bilməyib - 0:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30