3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Quti Kvaratsxeliyaya imzalı formasını göndərdi: “Səni “Real”da gözləyirəm”

“Real”ın keçmiş oyunçusu Quti imzalı formasını “Napoli”nin üzvü Xviça Kvaratsxeliyaya göndərib.

Futboxleber.az saytının məlumatına görə, veteran futbolçu forması ilə yanaşı, gürcü yarımmüdafiəçiyə məktub da ünvanlayıb.  

“Mənim futbolumu sevdiyim üçün sənə təşəkkür edirəm. Sənin sərgilədiyin futbol da bir çox uşaqların bu oyunu sevməsinə səbəb olacaq. Ümid edirəm ki, göndərdiyim futbolkanı bəyənəcəksən. Səni “Real”da gözləyirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Kvaratsxeliya Qutinin onun kumiri olduğunu bildirmişdi. Xviça əlavə etmişdi ki, heç vaxt “Real”ın sabiq ulduzunun formasını əldə edə bilməyib və buna görə də uşaq vaxtı ağ formaya markerlə 14 rəqəmini yazırdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31