29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Xarici futbol

“Tottenhem”in baş məşqçisi postuna 5 namizəd

“Tottenhem” Antonio Konteni hələlik istefaya göndərməsə də, onun yerinə əvəzləyici axtarır.

Futbolxeber.az saytının “The Guardian”a istinadən verdiyi məlumata görə, “Tottenhem” rəhbərliyinin əsas hədəfi “Sportinq”in baş məşqçisi Ruben Amorimdir. İndiki məqamda onun gəlişi üçün London klubu 20 milyon avro təzminat ödəməlidir. Lakin Amorim “Tottenhem”lə mövsümün sonunda müqavilə imzalasa, bu halda təzminatın məbləği indiki ilə müqayisədə 5 milyon avro az olacaq.

Bu səbəbdən də mümkündür ki, Kontenin istefasından sonra baş məşqçi səlahiyyətləri mövsümün sonuna kimi köməkçi məşqçi Rayan Meysona tapşırılsın. Hansı ki, 2021-ci ildə Joze Mourinyonun qovulmasından sonra məhz Meyson bir müddət komandaya rəhbərlik edib.  

“Tottenhem”in baş məşqçi postuna digər namizədlər isə Vensan Kompani, Maurisio Poçettino, Tomas Tuhel, Luis Enrike və Roberto De Zerbidi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30