29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Xarici futbol

“Ayaks”ın kapitanından türkiyəli zəlzələ qurbanlarına hörmətsizlik

TADİÇLƏ KÖKÇÜ ARASINDA QALMAQAL YAŞANIB

Niderland çempionatının 26-cı turu çərçivəsində keçirilən “Ayaks” - “Feyenord” oyunundan öncə qalmaqal yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, Amsterdam klubunun kapitanı Duşan Tadiç “Feyenord”la matçda Türkiyədəki zəlzələ qurbanların xatirəsinə hörmətsizlik edib. Belə ki, serb futbolçu Erediviziyada mübarizə aparan digər klubların kapitanlarından fərqli olaraq qara sarğı taxmaqdan imtina edib.

Oyundan öncə Tadiçin bu hərəkəti “Feyenord”un kapitanı, Türkiyə millisinin üzvü Orkun Kökçünün narazılığına səbəb olub. Belə ki, matçdan öncə Kökçü hakimlərin əlini sıxsa da, “Ayaks”ın kapitanı ilə salamlaşmaqdan imtina edib.

Qeyd edək ki, görüş “Feyenord”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30