3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

İbrahimoviç millimizlə qarşı?

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avro-2024-ün seçmə mərhələsinin oyunları üçün İsveç yığmasına çağırıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, millinin baş məşqçisi Yanne Andersson İsveç mətbuatına müsahibəsində 42 yaşlı hücumçu ilə bağlı sualı cavablandırarkən deyib:

“Onun milli komandada olub-olmadığını çərşənbə günü biləcəksiniz. Mən əvvəllər də demişəm ki, Zlatan sağlamdırsa, hətta çox oynaya bilməsə də, öhdəlik və liderlik baxımından komandaya hələ çox şey verə bilər”.

Xatırladaq kl, İsveç millisi Avro-2024-ün seçmə mərhələsində Azərbaycan, Belçika, Avstriya və Estoniya ilə mübarizə aparacaq. Komanda martın 24-də Belçika, martın 27-də isə Azərbaycan millisini qəbul edəcək.

Qeyd edək ki, İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycan yığmasına qarşı keçirib. İsveçin 3:0 hesabı ilə qalib gəldiyi Stokholmdakı görüşdə Zlatan həm də yığmada ilk qolunu vurub. İsveç millisində ümumilikdə 121 oyunda 62 qol vuran İbrahimoviç Avro-2016-dan sonra yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı. O, 5 illik fasilədən sonra yenidən milliyə qayıdıb. Təcrübəli forvard sonuncu dəfə millinin heyətində 1 il əvvəl 2022-ci il martın 29-da Polşaya qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə meydana çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31