3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Mahir "Konyaspor"un baş məşqçisi ilə görüşdü

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası "Konyaspor"da ilk məşqinə çıxıb.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə baş verən zəlzələ səbəbindən Superliqa təmsilçisinin futbolçularına üç gün fasilə verilib. Dünən isə komanda bir araya gələrək mediaya qapalı məşq keçiriblər. Məşqdə M.Emreli ilə yanaşı digər yeni transfer Marlos Moreno da iştirak edib. Onlar hər ikisi "Konyaspor"un futbolçuları ilə tanış olublar. Daha sonra baş məşqçi Aleksandar Stanoyeviç yeni transferlərlə görüşərək ayaqüstü söhbət edib. O, Emreli və Morenodan gözləntilərini bildirib.

Qeyd edək ki, "Konyaspor" bu gün məşqlərini davam etdirəcək.

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan M.Emreli Türkiyə klubu ilə bu mövsümün sonuna qədər icarə müqaviləsi imzalayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31