3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Antalyada oteldə Rusiya və Ukrayna klubları arasında dava düşdü

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Rusiyanın “Şinnik” və Ukraynanın “Minay” klubları arasında dava düşüb.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Royal Seginus” otelində ilk insident dünən axşam baş verib. “Minay”ın bir neçə üzvü Yaroslavl klubunun rəisinə yaxınlaşaraq, ondan Ukrayna himnini oxumağı tələb ediblər. O isə ukraynalılara münasibətlərə küçədə aydınlıq gətirməyi təklif edib. Otelin işçilərinin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Bir qədər sonra Ukrayna klubunun üzvləri liftdə “Şinnik”in futbolçularından birini döyüblər. Lift aşağı endikdən sonra isə Rusiya klubunun digər futbolçuları da komanda yoldaşlarının müdafiəsinə qalxıblar və nəticədə kütləvi dava baş verib. Polislərin və təcili tibbi yardımın gəlişindən sonra aranı sakitləşdirmək mümkün olub.

Ukraynalı jurnalist Mixail Spikakovski də baş vermiş davaya səbəb kimi himn oxunması tələbini göstərib. 

Ukraynanın “Bombardir” yutub kanalı isə baş vermiş davada rusları günahlandırıb. Bildirilir ki, guya sərxoş olan “Şinnik”in futbolçularından biri otelin işçisinə sataşıb, bu isə “Minay”ın üzvünün xoşuna gəlməyib və məhz bundan sonra kütləvi dava düşüb. 

Artıq hər iki klub oteli tərk edərək, baş yerdə məskunlaşıblar.

“Şinnik”in baş direktoru Sergey Kulakov məsələni ətraflı araşdıracaqlarını və yalnız bundan sonra lazımi açıqlama veriləklərini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31