3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Reşford Avropanın ən yaxşı hücumçularından biridi”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının hücumçusu Markus Reşford haqda danışıb.

Futbolxeber.az saytının Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, holland mütəxəssis 26 yaşlı forvardın öz mövqeyində Avropanın ən yaxşılarından biri olduğunu bildirib:

“O, ən yaxşılardan biridi. Bu, dəqiqdi. Mən əvvəldən buna əmin idim. Reşfordla birgə çalışdığım üçün çox şadam. İşbirliyimiz sayəsində çox şey qazana bilərik. Markusun çox böyük potensialı var. “Lids”lə oyundan sonra nə dedim? Dedim ki, “bu, möhtəşəm zərbə idi”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 23-cü turunda “Lids”ə qarşı keçirilən səfər oyununda 80-ci dəqiqədə Markus Reşford hesabı açmaqla komandasının qələbəsində böyük pay sahibi olub. Cari mövsüm Premyer Liqada Reşford 15 oyunda 13 qol vurub.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31