3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Son 5 oyunda 3-cü dəfə meydandan qovuldu

La Liqanın 21-ci turu çərçivəsində “Selta”ya qarşı keçirilən oyunda “Atletiko”nun müdafiəçisi Stefan Saviç qırmızı vərəqə alıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, serb müdafiəçi matçın 70-ci dəqiqəsində meydandan qovulub. O, Haris Seferoviçə qarşı son ümid foluna görə qırmızı vərəqə alıb.

Bununla da Saviç qeyri-adi göstəriciyə imza atıb. Belə ki, “Atletiko”nun müdafiəçisi son 5 oyunda 3-cü dəfə meydandan qovulub.

Daha əvvəl o, 16-cı turda “Barselona” (0:1) ilə görüşdə Ferran Torreslə əlbəyaxa olduğu üçün qırmızı vərəqə almış və federasiya tərəfindən 2 oyunluq cəzalandırılmışdı.

Həmçinin, İspaniya kubokunun 1/4 final mərhələsində “Real”la matçda Eduardo Kamavinqaya qarşı kobud oyun səbəbindən təcrübəli müdafiəçi meydanı vaxtından əvvəl tərk etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31