28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Xarici futbol

Kassano Mourinyonu tənqid etdi

Antonio Kassano sabiq klubu “Roma”nın A seriyasının son turunda “Empoli” üzərində 2:0 hesablı qələbə qazandığı oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçu “Roma”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib:

“Roma” adi oyun oynadı: iki hissə, iki qol. Matçın taleyi ilk 10 dəqiqədə həll olundu. Mourinyo “Empoli”yə topa sahib olmağa imkan verdi. Lakin toskanalılar bundan yararlana bilmədilər. 70 min azarkeşin azarkeşin gözü önündə bu cür oynamaq olmaz. Əslində, Mourinyodan bundan artığını da gözləməyə dəyməz. O, 20 il ərzində eyni oyun tərzinə sadiqdir. Komanda üçün futbolçuları seçən odur, mən yox. Hamı nəticələrə baxır, amma gec və ya tez onun heç nəyə qadir olmadığı ortaya çıxacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30