27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

"Yuventus"a şok cəza: 15 xalı silindi

İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un İtaliya çempionatında 15 xalını silmək qərarına gəlib. 

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, xalı 37-dən 22-yə düşən Turin klubu A Seriyasının turnir cədvəlində 3-cü pillədən 10-cu pilləyə geriləyib.

Prokuror "Yuventus"un 9 xalının silinməsini xahiş etsə də, Federal Məhkəmə Maksimiliano Alleqrinin komandasına daha ağır cəza vermək qərarına gəlib və klub 15 xaldan məhrum edilib.

Bu qərarların əsaslandırılması yaxın günlərdə açıqlanacaq. Turin klubu bu qərardan apellyasiya şikayəti verə bilər.

"Yuventus" rəhbərliyi klubun maliyyə vəziyyəti ilə bağlı yalan məlumat yaymaqda, bazar manipulyasiyasında, mövcud olmayan əməliyyatlara görə saxta gəlir bəyannaməsi təqdim etməkdə, audit nəzarətinə mane olmaqda ittiham olunub.

Ötən ilin noyabrında "Yuventus"un idarə heyətinin əksər üzvləri, o cümlədən prezident Andrea Anelli istefa verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30