2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

“Sabah”ın tarixində ilk

"Sabah”ın futbolçusu Emanuel Apeh klubun tarixinə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub.

2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək 1-ci Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

Emanuel Azərbaycan kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi 1-ci Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31