2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Minyole "Qarabağ" kabusunu unutdurdu"

İspaniyanın "Marca" nəşri ötən gecə "Atletiko"nun (Madrid) Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Brügge" (Belçika) ilə 0:0 hesablı heç-heçəsi ilə bağlı yazı hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, yazıda "Atletiko"nun "Brügge" ilə 2 oyunun heç birində qol vura bilmədiyi xüsusi qeyd olunub.

Həmçinin, məqalədə dünənki matç "Atletko"nun Çempionlar Liqasının 2017/18 mövsümündə qrup mərhələsində "Qarabağ"la görüşləri (0:0, 1:1) ilə də müqayisə olunub:

"Düzdür, "Atletiko"nun hələ evdə "Bayer"lə və səfərdə "Portu" ilə oyunları var. Komanda möcüzəyə ümid etməlidir. Lakin "Atletiko"nun Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunlardan xoşagəlməz xatirələri var".

Yazıda "Brügge"nin qapıçısı Simon Minyolenin oyunu da vurğulanıb. Hətta Məqaləyə"Minyole "Qarabağ" kabusunu unutdurdu" başlığı verilib.

Qeyd edək ki, "Atletiko" 3-cü turda "Brügge"yə 0:2 hesabı ilə uduzub, dünən isə 0:0 hesablı heç-heçə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31