2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

“Olimpiakos”un baş məşqçisi Miçel komandasını  Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyuna həm də psixoliji cəhətdən yaxşı hazırlamağa çalışır.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis Yunanıstan Superliqasının 7-ci turunda OFİ-yə qalib gəldikləri (2:1) matçdan sonra futbolçularla xüsusi söhbət aparıb.

Baş məşqçi bu uğurlu seriyanı davam etdirməli olduqlarını qeyd edib: “Böyük nəticələr əldə etməyin, kim olduğumuzu göstərməyin vaxtıdır”.

Komandanın təcrübəli müdafiəçi Sokratis Papastatopulos da komanda yoldaşlarını bir araya yığaraq, onlarla psixoloji söhbət aparıb, futbolçuları Bakı səfərinə kökləyib, bildirib ki, bu matç bir sıra uğurlu nəticələrin başlanğıc nöqtəsi olmalıdır.

Qeyd edək ki,  oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq. Komandalar arasında Yunanıstanda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31