2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Olimpiakos" Bakıya əzmkar qələbə ilə gəlir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” Yunanıstan Superliqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Pirey təmsilçisi səfərdə OFİ ilə qarşılaşıb və 2:1 hesablı əzmkar qələbə qazanıb.

Komanda ilk yarının sonuna yaxın qapısında qol görsə də, fasilədən sonra Rodriges və Bakambunun qolları "Olimpiakos"a qələbə qazandırıb. 

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"u qəbul edəcək. Görüş okytabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında bir neçə gün əvvəl Yunanıstanda keçirilən görüş isə Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31