2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Onun yoxluğu "Viktoriya" üçün problem yarada bilər"

"Heyda əla keyfiyyətlara sahib əsl liderdir. Təbii ki, onun kapitan olması bunu göstərir. Hər kəs əvəz edilə bilər, amma mənim üçün Heyda uzun müddətdir ki, standartdan yuxarı oyunçudur. Beləliklə, onun yoxluğu "Viktoriya" üçün bir az problem yarada bilər. Amma ümid edirəm ki, komanda onu əvəz edə və irəliləyə biləcək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Çexiya millisinin sabiq üzvü Milan Fukal "Viktoriya"nın Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, daha sonra Lukaş Heyda ilə bağlı bildirib: "Onun yoxluğu ən çox müdafiə xəttində özünü göstərəcək. Belə yerdə komanda yoldaşlarının böyük hörmət bəslədiyi Novotnı yadıma düşür. Heydada da vəziyyət belədir. Komanda yoldaşları ona arxalana bilərlər. Heç kimin oyun bacarığını aşağı salmaq istəmirəm. Ancaq Heyda “Viktoriya”nı təşkil edən vacib halqalardan biridir və bu matçda oynamayacaq".

Qeyd edək ki, L.Heyda sarı vərəqə limitindən "Qarabağ"la cavab görüşünü buraxacaq.

Xatırladaq ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk qarşılaşma qolsuz bərabərliklə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31