3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Vaqner Lav Azərbaycandan təklif alıb

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav Azərbaycandan təklif alıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra Türkiyə mətbuatına açıqlamasında deyib.

"Midyullend"lə 6 aylıq sözləşməmiz başa çatdı. Vaqner karyerasını bitirməyi düşünmür, Türkiyə, Azərbaycan və Braziliyadan təklifləri var"- deyə Ferreyra bildirib.

Qeyd edək ki, son klubu Danimarka "Midyullend"i olan Vaqner Lav Rusiyanın ÇSKA, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Xatırladaq ki, bu ilin fevralında "Sabah"ın baş məşqçisi Murad Musayev Vaqner Lava təklif göndərdiklərini, ancaq hücumçunun bundan imtina etdiyini açıqlamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31