3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Əliyar Ağayev "Panatinaikos"un qələbəsinə şahidlik etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edib.

Futbolxeber.az saytının məlumatına görə, o, çempionluq qrupunun 6-cı turunda "Panatinaikos" - "Aris" görüşünün baş hakimi olub. Yan xətt hakimləri funksiyasını Zeynal Zeynalov və Akif Əmirəli icra ediblər.

Sözügedən görüşdə "Panatinaikos" 1:0 hesabı ilə qalib gəlib. Ə.Ağayev isə 45-ci dəqiqədə "Aris"in oyunçusu Abubakar Kamaraya ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Ümumilikdə referi 5 oyunçuya sarı vərqə göstərib.

Qeyd edək ki, "Panatinaikos" çempionatın turnir cədvəlində 54 xalla 3-cü, "Aris" isə 53 xalla 4-cüdür. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31