2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

Dünya çempionatının püşkü atıldı

Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkib. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya). 

Püşkün nəticələrinə əsasən, 8 qrupun tərkibi aşağıdakı kimidir:

A qrupu

Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu

İngiltərə
İran
ABŞ
Şotlandiya/Ukrayna - Uels cütünün qalibi

C qrupu

Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu

Fransa
Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya - Peru cütünün qalibi 
Danimarka
Tunis

E qrupu

İspaniya
Almaniya
Yaponiya
Yeni Zelandiya - Kosta-Rika cütünün qalibi

F qrupu

Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu

Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu

Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri/Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Əlavə edək ki, qrup mərhələsinin oyunları noyabrın 21-dən dekabrın 2-dək, 1/8 final 3-6 dekabr, 1/4 final  9-10 dekabr, 1/2 final 13-14 dekabr, 3-cü yer uğrunda görüş 17 dekabr, final isə 18 dekabrda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31