2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

İtaliya millisi bu dəfə də natəmizliyə görə tənqid olundu: Bonuççi üzr istədi

Gözlənilmədən Şimali Makedoniyaya uduzaraq (0:1) dünya çempionatından kənarda qalan İtaliya milli komandası bu dəfə də natəmizliyinə görə tənqid olunub.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Palermoda baş tutan qarşılaşmadan sonra “Skuadra Adzurra”nın paltardəyişmə otağından yayılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yayılan foto və videolardan görünür ki, paltardəyişmə otağı boş butulkalar, salfet kağızları və digər tullantılarla doludur.  

İtaliya millisinin üzvü Leonardo Bonuççi yaşananlara görə üzrxahlıq edib: “Etdiyimiz böyük səhv idi. Növbəti dəfə bu hal təkrarlanmayacaq. Düşünmürdük ki, bu, belə böyük əhəmiyyət kəsb edər. Baş verənlərə görə üzr istəyirik”.

Image




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31