3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Avroliqanın qalibi - "Vilyarreal"

Bu gün Avropa Liqasında final oyunu keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gəlib.
 
Polşanın Qdansk şəhərində keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib.
 
Hər iki komandanın heyətində bütün 11 futbolçu penaltini yerinə yetirib. Yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea bu imkandan yararlana bilməyib. Həmkarı Jeronimo Rulli onun zərbəsini dəf edib. Beləliklə, penaltilərdə 11:10 hesabı ilə qalib gələn "Vilyarreal" tarixində ilk dəfə Avroliqanın qalibi olub.
 
Avropa Liqası
Final
26 may
"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (Penaltilər - 11:10)
Qollar: Moreno, 29 (1:0), Kavani, 55 (1:1)
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31