28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

Ronaldo Azərbaycan millisi ilə oyuna çağırıldı

Portuqaliya millisinin  DÇ-2022-nin seçmə mərhələ oyunlarına heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Fernando Santos Azərbaycan, Serbiya və Lüksemburqla qarşılaşmalar üçün yığmaya 25 futbolçu dəvət edib:

Qapıçılar: Antoni Lopes ("Lion", Fransa), Rui Patrisio ("Vulverhempton", İngiltərə), Rui Silva ("Qranada", İspaniya)

Müdafiəçilər: Joao Kanselo, Ruben Dias (hər ikisi "Mançester Siti", İngiltərə), Sedrik Soareş ("Arsenal", İngiltərə), Dominqos Duarte ("Qranada", İspaniya), Pepe ("Porto"), Joze Fonte ("Lill", Fransa), Rafael Gerrero ("Borussiya", Dortmund, Almaniya), Nuno Mendeş ("Sportinq")

Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Joao Palinya ("Sportinq"), Ruben Neves, Joao Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Bruno Fernandeş ("Mançester Yunayted", İngiltərə), Renato Sançes ("Lill", Fransa), Serxio Oliveyra ("Porto")

Hücumçular: Bernardo Silva ("Mançester Siti, İngiltərə), Pedro Neto ("Vulverhempton", İngiltərə), Dioqo Jota ("Liverpul", İngiltərə), Kriştianu Ronaldo ("Yuventus", İtaliya), Rafa Silva ("Benfika"), Joao Feliks ("Atletiko", İspaniya), Andre Silva ("Ayntraxt", Almaniya)

Qeyd edək ki, Portuqaliya yığması seçmə mərhələnin ilk oyununu martın 24-də Turində Azərbaycan millisinə qarşı keçirəcək. Yığma martın 27-də Serbiyanın, 30-da isə Lüksemburqun qonağı olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30