3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

İngilis futbolçu millimizin oyunçusundan danışdı

İngiltərənin "Harroqeyt Taun" klubunun futbolçusu Cek Maldun U-19 millimizin üzvü Serhat Taşdemir haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ingilis hücumçu bundan əvvəl oynadığı ən yaxşı 3 oyunçudan bəhs edərkən yığmamızın üzvünü də fərqləndirib:

"Birlikdə oynadığım ən yaxşılardan biri də Serhat Taşdemirdir. O, Azərbaycanın gənclər komandasının oyunçusudur, hazırda "Piterboro Yunayted" klubunda oynayır. Serhatın peşəkar bir futbolçu kimi necə inkişaf etdiyini görmək çox maraqlıdır. Prinsipcə, həmişə oynadığım gənc futbolçuların karyeralarının nə qədər inkişaf edə biləcəyi məni maraqlandırır".

Qeyd edək ki, C.Maldun S.Taşdemirlə 2017-2018-ci illərdə İngiltərənin "Fayld" klubunda birgə oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31