2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

"Azarkeşlər "Qarabağ"la oyunu unutmayacaq"

Şimali İrlandiyanın "Linfild" klubunun üzvü Mark Stafford karyerası ərzində unuda bilmədiyi 3 oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Qarabağ"ı evdə 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk görüşünü də həmin qarşılaşmaların siyahısına daxil edib.

33 yaşlı müdafiəçi "Qarabağ"ın digər qarşılaşdıqları komandalardan fərqli səviyyədə olduğunu söyləyib: "Rəqib qısa müddət ərzində hesabda önə keçdi. Amma birinci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim. Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və biz 3:2 hesabı ilə qalib gəldik".

Müdafiəçi "Qarabağ"la oyunda "Vindsor Park" stadionundakı atmosferin xüsusi olduğunu da dilə gətirib: "Bu, klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Atmosfer çox gözəl idi və azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok oyunu fərqlidir, hər zaman böyük izdiham yaşanır".

Qeyd edək ki, "Qarabağ" Belfastdakı məğlubiyyətin əvəzini Bakıda 2:1 hesablı qələbə ilə çıxıb və səfərdə daha çox qol vurduğu üçün Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31