3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Ranqnik “Milan”ın baş məşqçisi olmaq üçün şərtlərini açıqladı

“Leyptsiq”in keçmiş çalışdırıcısı Ralf Ranqnik “Milan”ın baş məşqçisi olmaq üçün şərtlərini açıqlayıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, alman mütəxəssis bir neçə şərt irəli sürüb.

O, ilk növbədə rəhbərlikdən yüksək səlahiyyətlərlə 5 illik müqavilə tələb edir.   

İkincisi, alman məşqçi “Milan”ın sisteminin yenidən qurulması üçün 140 milyon avro istəyib. Ranqnik kluba 18-20 adamını gətirmək arzusundadı.  

Üçüncüsü, 61 yaşlı məşqçi transfer üçün 75-80 milyon avro ayrılmalı olduğunu düşünür.

Bunlardan başqa, Ranqnik “Milan”ın müasir futbol sərgiləməsini, yeni taktiki sxemlərdən yararlanmağı və komandadakı orta yaş həddinin 22 olmasını arzulayır.

Qeyd olunur ki, Ranqnik hələ ki “Milan”la razılığa gəlməyib. Klub rəhbərtiyi onunla yanaşı, Unai Emeri və “Valensiya”nın keçmiş baş məşqçisi Marselinonun namizədliyini götür-qoy edir.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31