2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Xarici futbol

"Azərbaycan kimi zəif rəqib görməmişdim"

“Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin mətbuatına açıqlamasında deyib.

1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş 66 yaşlı keçmiş müdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunda yığmamızın Slovakiyaya uduzduğu (0:2) görüş haqda danışıb.

O, millimizin bərbad oynadığını bildirib: "Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra bilərəkdən tempi aşağı saldılar. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.

Slovakiyanın rəqibləri haqda da danışan Yurkemik yığmamızın üzvlərini futbolçu yox, turist adlandırıb: "Belə oyunla Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdır. Bizim futbolçular onların səhvindən yararlana bilmədilər. Əslində 3-4 qol vura bilərdik. Rəqib haqda onu deyə bilərəm ki, onlar futbolçu yox, turistdilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31