3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Qarabağ"la oyun bizim üçün son şansdır"

"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır, ən vacib oyunumuzdur. Matça çox yaxşı hazırlaşmışıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-in futbolçusu Uroş Matiç klubun televiziyasına açıqlamasında deyib.

Ağdam klubu ilə qarşıdan gələn oyun haqda danışan serbiyalı yarımmüdafiəçi azarkeşlərindən dəstək istəyib: "Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcək və yeni ildən sonra da avrokuboklarda oynamaq arzumuzun həyata keçməsində kömək edəcəklər. Əlbəttə, azarkeşlərimiz bizə lazımdır. Onları aramızda hiss edəndə daha yaxşı oynayırıq. APOEL güclü komandadır və yaxşı azarkeşləri var. Ümid edirəm ki, bunu dördüncü gün görəcəyik".

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31