3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Millimizdən imtina edən sabiq “Qarabağ”lı: “Mən ukraynalıyam”

"Bu səfər mənə çox şey verdi. "Qarabağ" variantını eşidən kimi bir an düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq perspektivi var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Yaroslav Deda deyib.

2017-ci ildə Ağdam təmsilçisinin U-19 komandasında çıxış edən 20 yaşlı hücumçu hazırda üzvü olduğu Ukraynanın "Karpatı" klubunun rəsmi saytına müsahibəsində Azərbaycandakı karyerası ilə bağlı da danışıb.

Ölkəmizdəki mühitə tez uyğunlaşdığını deyən hücumçu Azərbaycan vətədaşlığını almaq təklifini qəbul etmədiyini bir daha xatırladıb:

"Azərbaycanın mentaliteti bizimkindən fərqlidir. Ancaq əvvəlcə bu baxımdan heç bir promlem yaşamadım. İki aya uyğunlaşdım və özümü evdək ikimi hiss etdim.

2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin yayında "Qarabağ"ın U-19 komandasına cəlb olunan Deda Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb, 3 qol vurub. O, iki dəfə "Atletiko"nun, bir dəfə isə "Çelsi"nin qapısına yol tapıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31