3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

"Qarabağ"a mütləq qalib gəlməliyik"

"Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, səhvlərə yol veririk".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in yarımmüdafiəçisi Andre Vidiqal Kipr çempionatının son turunda AEK-lə görüşdən (0:0) sonra deyib.

Portuqaliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyuna da toxunub. O, Ağdam klubuna mütləq qalib gəlməli olduqlarını bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik.  Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.

     




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31