3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Beqoviçin atası Prosineçkini təlxək adlandırdı

"Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviç oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, sosial şəbəkə hesabında yazdığı şərhdə Beqoviçin yığmadan kənarda qalmasına baş məşqçi Robert Prosineçki yox, Bosniya və Heresqovina Futbol İttifaqının prezidenti Elvedin Begiçin qərar verdiyini qeyd edib:

"Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bəzi adamlar federasiya prezidentinin köməkliyi ilə Asmiri yığmadan qovdu. Baş məşqçi təlxək və bir alətdir”.

Yığmamızın sabiq çalışdırıcısı Prosineçki isə Bosniya mətbuatına açıqlamasında Beqoviçi milliyə çağırmamasının səbəbini belə izah edib: "Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər".

Qeyd edək ki, Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bir ildən artıqdır ki, qapıda "Qarabağ”ın sabiq qokiperi İbrahim Şehiçə güvənir. Bu dəfə xorvatiyalı çalışdırıcı Şehiçlə yanaşı Kenan Piriç ("Maribor”, Sloveniya) və Yasmin Buriçə (Hayfa "Hapoel”i, İsrail) dəvət göndərib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31