9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

David Vilya heç-heçəyə görə hakimi günahlandırdı

"Atletiko"nun hücumçusu David Vilya İspaniya Superkubokunun ilk oyunu çərçivəsində "Barselona"ya qarşı baş tutan oyun haqda fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bildirib ki, hakim Busketsi meydandan qovmalı idi: "Çox şadam ki, qol vurmaqla oyunda hesabı açdım. Təəssüf ki, qələbə hesabını sonadək qoruya bilmədik. Güclü rəqiblər oyunda xeyli güc sərf etdik. Amma daha artığına ümid edə bilərdik.  Busketsin epizodu oyunda həlledici an oldu. Əgər, həmin epizodda ikinci sarı vərəqə göstərilsəydi, oyunun axarı tam fərqli olardı. Amma o vəziyyətdən yaxşı çıxdı. Həmin anda biz hesabda öndə idik və rəqib azlıqda qalsaydı, qələbə qazanacağımıza əmin idim. Lakin nə etmək olar? Hakim də insandır və o da səhv edə bilər". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31