28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Xarici futbol

Argentina millisinin sabiq üzvü yeni klub tapdı

Argentina millisinin sabiq futbolçusu Maksi Rodriqesin yeni klubu məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli futbolçu yetirməsi olduğu "Nyuellz Old Boyz" klubuna geri dönüb. Maksi karyerasına başladığı klubda 11 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Rodriqes Avropada "Espanyol", "Atletiko" (Madrid) və "Liverpul"da uğurlu karyera yaşayıb. O, peşəkar karyerasına 1999-cu ildə "Nyuellz Old Boyz"da başlamış və 2002-ci ildə "Espanyol"a üz tutmuşdu. Rodriqes 2005-2010-cu illərdə "Atletiko"da, 2010-2012-ci illərdə isə "Liverpul"un şərəfini qoruyub. Argentinalı futbolçu 2012-2017-ci illərdə "Nyuellz Old Boyz"da çıxış edib. O, son olaraq Uruqvayın "Penyarol" klubunda oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30