2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Xarici futbol

Buffon İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb

"Yuventus" klubunun qapıçısı Canluici Buffon futbol üzrə İtaliya millisinə qayıtmasının səbəbini açıqlayıb.
 
Futbolxeber.az-ın verdiyi məlumata görə, 40 yaşlı qolkiper yığma karyerasını bərpa etməsinin səbəblərindən birinin bir müddət əvvəl dünyasını dəyişən “Fiorentina”nın kapitanı Davide Astori ilə bağlı olduğunu söyləyib.
 
"Böyük məsuliyyət hissinə sahib insanam. Bu, milli komandada varlığımı izah etmək üçün kifayətdir. Hər zaman yığmada birləşdirici element olmuşam və rolumun eynilə qalmasını istəyirəm. Milliyə qayıtmağımın və dəvəti müsbət qarşılamağımın səbəblərindən biri də Davide Astorinin ölümüdür”, - C.Buffon bildirib.
 
Qeyd edək ki, İtaliya millisi martın 23-də Argentina və 4 gün sonra İngiltərə ilə yoldaşlıq oyunu keçirəcək. Canluici Buffon 2018-ci il dünya çempionatının pley-off mərhələsində İsveçə məğlubiyyətdən sonra yığma karyerasını başa vurduğunu açıqlayıb. Davide Astori isə martın 4-nə keçən gecə qaldığı oteldə keçinib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31