3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Lionel Messi: “DÇ-2018 bizim üçün son şansdır”

"DÇ-2018 mundialın qalibi olmaq üçün Argentina millisinin hazırkı nəslinin son şansıdır".
 
Futbolxeber.az xəbər verir ki, bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın “Barselona” klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.
 
Argentina millisi 2014-cü il dünya çempionatının finalında Almaniya yığmasına, 2015 və 2016-cı illərdə isə Amerika Kubokunun həlledici matçlarında Çiliyə uduzub. 30 yaşlı forvard deyib ki, uğursuzluqlara rəğmən, kuboku qazanacanlarına inanır: “Bu cür oyunlara, ölkəmizin arzusunu həyata keçirə bilmədiyimizə görə çox ağlamışam. Görünür, üç final bizə kömək etməyib. Ancaq kuboku qaldıracağımıza inanıram”.
 
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. Argentina millisi İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıb. Hazırda Lionel Messi ilə yanaşı, Serxio Aqüero, Qonsalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano kimi futbolçular 30-dan yuxarı yaşdadır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31