3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

Əliyev Ukrayna klubuna baş məşqçi təyin edildi

Futbol üzrə Ukrayna yığmasının əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev məşqçiliyə başlayıb. Futbolxeber.az xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu həvəskarlardan ibarət "Xmelnitski" klubuna baş məşqçi təyin olunub. 
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Komandaya təqdim olunan Əliyev artıq “Xmelnitski”ni ilk məşqə də çıxarıb.
 
“Xmelnitski” hazırda Ukraynanın həvəskarlar liqasında 5 xalla 9-cu pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, Aleksandr Əliyev vaxtilə Ukrayna yığması və Kiyev "Dinamo"sunda çıxış edib. Onun son klubu Qazaxıstan “Taraz”ı olub. Amma 2016-cı oktyabr ayında bu klubdan ayrılandan bəri peşəkar futboldan kənarda qalmışdı. Geridə qalan müddətdə o, həvəskarlardan ibarət “Katandzaro” komandasında forma geyinirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31