9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Xarici futbol

"Rəvan"ın futbolçusunu Tunisdə məyus etdilər

 

"Rəvan” futbol klubunun üzvü Samuel Barlayın təmsil etdiyi Syerra Leonenin əsas millisindən dəvət aldığını xəbər vermişdik. Futbolxeber.az-ın məlumatına görə, artıq mütəmadi olaraq yığma komandaya cəlb olunan yarımmüdafiəçi növbəti oyuna çıxıb.
 
Belə ki, Barlay 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Syerra Leone milli komandasının Tunislə görüşündə iştirak edib. İsveçlı baş məşqçi Lars-Olof Mattsson "Rəvan"ın üzvünə 90 dəqiqə boyunca güvənib. Samuel isə komandasının meydandakı ən fəal üzvlərindən biri, bəlkə də birincisi olub.
 
Oyuna gəlincə, Radesdə baş tutan qarşılaşmada Tunis 2:1 hesabı ilə qalib gələrək dünya çempionatının final mərhələsinə doğru daha bir addım atıb. İndi 3 turdan sonra Tunis milli komandasının hesabında 9 xal var. Syerra Leone və Ekvatorial Qvineye yığmaları isə 4 xalla 2-3-cü yerləri bölüşür. Onu da qeyd edək ki, Barlayın komandası seçmə turnirdə növbəti oyununu iyunun 7-də keçirəcək: təxminən iki ay yarımdan sonra Syerra Leone evdə məhz Tunis millsini qonaq edəcək.
 



Ad: sexavet qorxmazov;   E-mail: [email protected]

25.03.2013 17:10

Inter
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31