3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Aleksandriya”nın baş məşqçisi: “Paşayevin hansı formada olduğunu bilmirəm”

Ukrayna Premyer Liqası təmsilçisi “Aleksandriya” klubunun baş məşqçisi Vladimir Şaran millimizin müdafiəçisi Pavel Paşayevi transfer etmələrinə münasibət bildirib.

“Futbol-1” kanalına açıqlamasında o qeyd edib ki, Paşayevi çoxdan komandasında görmək istəyib.

“Sağ cinah müdafiəçi mövqeyinə uzun müddət idi oyunçu axtarırdıq. Bu, komandamızda ən problemli mövqe idi. Orada çıxış edən Çebotayevə ciddi iradlarımız vardı.

Biz görüşdük, söhbət etdik və belə qərara gəldik ki, bu futbolçu (Paşayev nəzərdə tutulur - red.) həqiqətən bizə lazımdır. Bundan sonra klub rəhbərliyi müqavilə bağlanmasına razılıq verdi. Müqavilənin müddəti bir ildir. Amma sonra artırılması da mümkündür. İndi Paşayevin hansı formada olduğunu bilmirəm. Çünki son vaxtlar o, fərdi qaydada topla məşq edib. Ona görə də futbolçunun hazırlığına məşq zamanı qiymət verəcəyik” (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31